4 dekabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi tərəfindən İİB Biznes Forumunda bankların iştirakı ilə bağlı məsələlərin müzakirəsi məqsədilə görüş keçirilib.
Tədbirdə İİB-nin Biznes Forumunun təşkili direktoru Sahal Almarvai, təşkilati məsələlər üzrə menecer Nabil Əl Ələmi, Bankın Azərbaycandakı nümayəndəsi Lala Yusifova, eləcə də İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun nümayəndələri iştirak ediblər.
Görüş zamanı Forumda yerli bankların iştirakı ilə bağlı məsələlər, həmçinin nümayəndə heyətlərinin formalaşdırılması və prosesin koordinasiyasına dair ətraflı fikir mübadiləsi aparılıb.

