22 aprel 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə növbəti dəfə “Banklararası Boulinq Çempionatı-2026” keçirilib.
Çempionatda ABA-ya üzv 11 bankın komandaları iştirak edib. Boulinq Çempionatı 3 turdan ibarət olub.
Gərgin və maraqlı keçən yarışın nəticələrinə görə “Bank Respublika” ASC 1-ci, “Ziraatbank Azərbaycan” ASC-2-ci, “Bank of Baku” ASC 3-cü yerə layiq görülüb. Qalib komandalar uduş fonduna uyğun pul mükafatı, sertifikat və kubokla mükafatlandırılıblar.
Əlavə edək ki, ABA tərəfindən mütəmadi olaraq üzvlərlə birgə sosial yönlü layihələr həyata keçirilməkdədir.

