ABA ilə Böyük Britaniya səfirliyinin nümayəndələri arasında görüş keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Böyük Britaniya səfirliyinin nümayəndələri arasında 29 aprel tarixində işgüzar görüş keçirilib.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin iqtisadi məsələlər üzrə regional müşaviri Sarah Payne və səfirliyin ticarət məsələləri üzrə müşaviri Rena Zeynalova iştirak ediblər.

Görüş zamanı bank-maliyyə sektorunda mövcud inkişaf tendensiyaları barədə məlumat təqdim olunub. Tərəflər arasında tərəfdaşlıq imkanları, qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

ABA-nın prezidenti Zakir Nuriyev Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin fəallığını xüsusi vurğulayıb: “Böyük Britaniyanın Azərbaycandakı səfirliyi son dərəcə aktiv mövqe nümayiş etdirir. Cənab səfir şəxsən biznes icmalarının görüşlərinin təşkilinə diqqət ayırır, banklar da daxil olmaqla Azərbaycan və Böyük Britaniya şirkətlərinin bir araya gəlməsinə dəstək olur. Bu əməkdaşlıq platformaları qarşılıqlı təcrübə mübadiləsinin genişlənməsinə və yeni tərəfdaşlıq imkanlarının formalaşmasına mühüm töhfə verir.”

Qeyd olunub ki, Böyük Britaniya ilə ABA arasında səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Bu çərçivədə ABA nümayəndələri müxtəlif beynəlxalq tədbirlərdə və təcrübə mübadiləsi proqramlarında fəal iştirak edirlər. Həmin platformalarda rəqəmsal bankçılıq, innovativ maliyyə həlləri və kibertəhlükəsizlik kimi aktual mövzular xüsusi diqqət mərkəzində saxlanılır.

MÜDDƏT