ABA-nın nəznində fəaliyyət göstərən “Maliyyə və mühasibatlıq” üzrə Ekspert Qrupunun 21 may 2026-cı il tarixində, onlayn formatda iclası keçirilmişdir. İclasda Visa və Mastercard şirkəti ilə bağlı vergi hesablaşmaları və digər cari məsələlərin müzakirəsi aparılmışdır.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 21 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.
