16 iyun 2026-cı il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ilə Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri arasında görüş keçirilib.
Görüş zamanı dövlət–biznes dialoqunun əhəmiyyəti vurğulanıb, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində özəl sektorun rəy və təkliflərinin öyrənilməsinin vacibliyi qeyd olunub. DVX tərəfindən sahibkarlıq subyektləri və sahəvi assosiasiyalarla açıq və davamlı əməkdaşlığa xüsusi önəm verildiyi bildirilib.
Tədbirdə Azərbaycan Banklar Assosiasiyasının üzv təşkilatlarının nümayəndələri bank sektorunun fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq vergi qanunvericiliyinə dair təkliflərini səsləndiriblər. Təkliflər ətrafında geniş müzakirələr aparılıb və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi həyata keçirilib.
Görüşün yekununda dövlət–biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi, eləcə də vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində bank sektorunun rəy və təkliflərinin öyrənilməsi məqsədilə bu cür görüşlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb

