Kapital bazarlarında market-meykinq üzrə vörkşop keçirilib

Əlavə edilib:

21 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) yeni inzibati binasında kapital bazarlarında market-meykinq üzrə ölkə təcrübələri və yerli valyutada maliyyə və kapital bazarlarının inkişafı mövzularında vörkşop keçirilib.

Tədbirdə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və ICBC Standard Bankının ekspertləri tərəfindən müvafiq mövzular üzrə təqdimatlar keçirilib və fikir mübadiləsi aparılıb.

Vörkşop çərçivəsində kapital bazarlarında market-meykinqin tətbiqi üzrə beynəlxalq və ölkə təcrübələri, yerli valyutada maliyyə və kapital bazarlarının inkişaf perspektivləri, eləcə də bu istiqamətdə mövcud imkanlar və çağırışlar müzakirə olunub.

MÜDDƏT