1 oktyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Risklərin idarə edilməsi üzrə Ekspert Qrupunun növbəti onlayn iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən hazırlanmış “Banklarda kapital adekvatlığının daxili qiymətləndirilməsi prosesinə dair Metodoloji Rəhbərlik” layihəsi və müvafiq hesabat forması ilə bağlı bank sektorundan toplanmış rəy və təkliflər müzakirə edilib.
Müzakirələr zamanı layihənin bankların risklərin idarə edilməsi, eləcə də aktiv və passivlərin idarə edilməsi üzrə aidiyyəti struktur bölmələrinin fəaliyyətinə təsiri və bu bölmələrin prosesə cəlb olunması məsələləri nəzərdən keçirilib.
