Təlim və maarifləndirmə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Əlavə edilib:

1 oktyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, ABA-nın baş iqtisadçısı və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABMTM) direktoru Əzizağa Haxverdiyev ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisinin müavini Mirəli Kazımov arasında görüş keçirilib.

Görüş zamanı təlim və maarifləndirmə istiqamətində birgə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş çərçivəsində ABMTM-in fəaliyyəti, həyata keçirdiyi təlim proqramları və bank-maliyyə sektorunda peşəkar inkişafın dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Tərəflər tədris və təlim sahəsində qarşılıqlı əməkdaşlığın mümkün istiqamətlərini, o cümlədən tədris mərkəzlərinin birgə fəaliyyətinin təşkili imkanlarını müzakirə ediblər.

Görüşün yekununda təlim və maarifləndirmə istiqamətində birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

MÜDDƏT