18 noyabr 2026-cı il tarixində Macarıstan Mərkəzi Bankının nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) təmsilçiləri və ölkənin bank sektorunun nümayəndələri iştirak ediblər.
Macarıstan Mərkəzi Bankı ilə keçirilən görüşdə ödəniş fırıldaqçılığı ilə bağlı hesabatlılıq təcrübəsi, müxtəlif fırıldaqçılıq növlərinin təsnifatı, statistik məlumatlar, eləcə də bu sahədə tənzimləmə və nəzarət yanaşmaları müzakirə olunub.

