Macarıstan Banklar Assosiasiyası və IDEMIA şirkətinin nümayəndələri arasında görüş keçirilib

Əlavə edilib:

18 noyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri ilə Macarıstan Banklar Assosiasiyası, ABA-ya üzv bankların təmsilçiləri və IDEMIA şirkətinin nümayəndələri arasında görüş keçirilib.

Görüş zamanı IDEMIA şirkətinin rəqəmsal bankçılıq sahəsində tətbiq olunan texnoloji həlləri təqdim edilib.

Təqdimat çərçivəsində rəqəmsal kartların emissiyası, dizaynı və fərdiləşdirilməsi, mobil ödəniş sistemlərinə inteqrasiyası, eləcə də autentifikasiya texnologiyaları barədə məlumat verilib.

Həmçinin rəqəmsal kart xidmətlərinin fəaliyyətini təmin edən texnoloji infrastruktur, üçüncü tərəf platformalarının tətbiqi və təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparılıb.

MÜDDƏT