“Bank və maliyyə bazarlarının kibertəhlükəsizliyi” adlı Konfrans keçiriləcək

Əlavə edilib:

Bu ilin may ayında “Bank və Maliyyə bazarlarının kibertəhlükəsizliyi” adlı Konfransın keçirilməsi planlaşdırılır.

BBN.az portalına Azərbaycan Banklar Assosiasiyasından (ABA) daxil olan məlumata əsasən,  konfransda bankların kibertəhlükəsizlik üzrə məsul şəxləri, departament direktorları, bank-maliyyə sektorunda bu məsələyə nəzarət edən dövlət qurumlarının və tərəfdaş kibertəhlükəsizlik şirkətlərinin  nümayəndələri iştirak edəcəkdir.

Hazırkı mərhələdə konfransda tərəfdaş kimi çıxış etmək istəyən IT şirkətlərinin müraciətlərinə baxılır.

Konfransda bankların informasiya təhlükəsizliyi üzrə risk ssenariləri, internet və mobil bankçılıq təhlükəsizliyi, ATM təhlükəsizliyi, təhlükəsizlikdə insan faktoru – sosial mühəndislik həmlələri və digər mövzularda çıxışlar olacaqdır. Xüsusilə, banklarda kibertəhlükə üzrə erkən xəbərdarlıq sistemləri və avtomatlaşdırılmış maliyyə əməliyyatları sistemlərinin kibertəhlükəsizliyi barədə iştirakçılar məlumatlandırılacaqdır.

Həmçinin konfransda mövcud trendlər haqqında müzakirələr aparılacaqdır, bank-maliyyə sektorunda kibertəhlükəsizliyin artırılması istiqamətində konfrans iştirakçılarının təklifləri səsləndiriləcəkdir.

MÜDDƏT