ABA və MBNP tərəfindən birgə işçi qrup yaradılır

Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “ÇYP qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) və Maliyyə Monitorinqi Xidmətinin (MMX) nümayəndələrindən ibarət “Müvəqqəti İşçi Qrupu” yaradılıb. Qrupun məqsədi qanunvericilikdə baş vermiş son dəyişikliklər və MBNP-nin tələblərinin icrası üçün standart yanaşma konsepsiyasının işlənib hazırlanmasıdır.

Qrupun kordinatoru “Yapıkredi Bank Azərbaycan” QSC-nın nümayəndəsi  Ramil Məmmədovdur.

Qrupda “SilkVey Bank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Ziraat Bank Azərbaycan” ASC, “AccessBank” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Kapital Bank” ASC, “Rabitəbank” ASC təmsil olunacaqlar. Həmçinin Qrupda MBNP və MMX-nin nümayəndələri iştirak edəcəklər.

Qeyd olunmalıdır ki, ayın əvvəlində yaradılmış “ Müvəqqəti İşçi” qrupu 2017-ci ilin sonunda qədər fəaliyyət göstərəcək.

MÜDDƏT