ABA-nın rəhbərliyi İsveçrə Milli Bankının sədri ilə görüşüb

13 iyul  2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının preidenti Zakir Nuriyev və ABA-nın icraçı direktoru Yunus Abdulov İsveçrə Milli Bankının sədri Tomas Yordanın başçılıq etdiyi nümayəndə heyəti və İsveçrənin Azərbaycandakı səfiri Filip Stadler ilə görüşüblər.

İsveçrə səfirinin iqamətgahında baş tutan görüş gələcək əməkdaşlıq üçün  ilkin əlaqələrin qurulması məqsədi daşıyıb.

Həmçinin görüşdə nümayəndə heyətinin üzvlərinə ölkədə aparılan iqtisadi islahatlar,  bank sektorunun hazırkı vəziyyəti və sağlamaşdırma trendləri, eləcə də ABA-nın fəaliyyəti barədə məlumat verilib. Öz növbəsidə, nümayəndə heyəti də İsveçrənin bank sektoru barədə ABA-nın rəhbərliyini məlumatlandırıblar.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

MÜDDƏT