ABA bank menecerləri üçün “Xəzərin Sahilində” tədbiri keçirir

Azərbaycan Banklar Assosiasiyası (ABA), üzv təşkilatların əməkdaşlarının motivasiyasını yüksəltmək və fəaliyyətinin effektivliyini təmin etmək məqsədilə “Xəzərin sahilində” adlı tədbir təşkil edir.

ABA-ya üzv təşkilatların və sıx əməkdaşlıq etdiyi əlaqədar qurumların orta və yuxarı menecmenti üçün  nəzərdə tutulan tədbir zamanı, “İş və həyat balansı”adlı əyləncəli təlim, tədbir iştirakçıları üçün müxtəlif oyunlar (tennis, futbol, voleybol və s.) və fərqli müsabiqələr təşkil olunacaq.

22 iyul 2017-ci il tarixində (şənbə günü) “Bilgah Beach Hotel”də (keçmiş Jumeyrah hotel) keçiriləcək tədbir əyləncə ilə yanaşı bank icmasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi (networking) məqsədi daşıyır.

Yerlərin məhdud olduğu tədbirdə iştirak üçün müraciətlər 14 iyul tarixinə qədər qəbul edilir. Müraciət üçün ABA İcra aparatına e-poçt vasitəsilə yaza və ya zəng edə bilərsiniz. (Əlaqə nömrəsi: /012 /497 15 15/, e-Poçt: office@aba.az)

Tədbirin gündəliyi:

Xəzərin sahilində_proqram

MÜDDƏT