“Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi ilə əlaqədar ABA-da iclas keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “ÇYP qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) və Maliyyə Monitorinqi Xidmətinin (MMX) nümayəndələrindən ibarət “Müvəqqəti İşçi Qrupu”nun iclası keçirilib.

İclasda “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi üzrə tələb olunan sənədlərin siyahısının standartlaşdırılması və nəzarət prosesi üzrə hazırlanmış tövsiyyələr müzakirə edilib.

Qeyd edək ki, İşçi Qrupu qanunvericilikdə baş vermiş son dəyişikliklər və MBNP-nin tələblərinin icrası üçün standart yanaşma konsepsiyasının işlənib hazırlanması məqsədilə yaradılıb. Hazırda Qrupda MBNP bir nüməyəndə,  banklar isə 9 nümayəndə ilə təmsil olunurlar.

MÜDDƏT