“Uğura inan, öz biznesinə başla” kitabı UNEC tələbələrinə tanıdılıb

Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə UNEC-in Karyera Mərkəzində “Uğura inan, öz biznesinə başla” adlı kitabının tələbələrə təqdim edilib və biznes fəaliyyətinə necə başlamaqla əlaqədar seminar keçirilib.

Kitabın müəllifi bank-maliyyə sahəsində geniş təcrübəyə malik olan və hazırda “Rabitəbank” ASC-nin İdarə Heyətinin  müavini vəzifəsində çalışan Elşən Bədirxanovdur. Kitab kiçik sahibkarlıqla məşğul olmağı planlaşdıran gənclər üçün nəzərdə tutulub. Karyera Mərkəzində təşkil edilən təqdimat mərasimində müəllif tələbələrə qeyri-neft sektorunun inkişafı üçün həlledici əhəmiyyət daşıyan kiçik və orta biznesin genişlənməsi haqqında məlumat verib. Gənclərin öz biznesinə başlamaları istiqamətində dəyərli tövsiyələrlə çıxış edib.

Sonda bütün iştirakçılara müəllifin imzası ilə kitab təqdim edilib. E.Bədirxanov UNEC-in kitab fonduna da “Uğura inan, öz biznesinə başla” kitabını hədiyyə edib.

MÜDDƏT