ABA-nın rəhbərliyi ilə Yaponiya səfirliyinin nümayəndələri arasında görüş keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi və Yaponiya səfirliyinin nümayəndələri arasında görüş keçirilib.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, ABA-nın icraçı direktoru Yunus Abdulov, Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru Cavanşir Abdullayev və Bank Ombudsmanı İkram Kərimov, həmçinin Yaponiyanın Azərbaycandakı səfirin birinci müavini Tohoşiro Katagiri və Səfirliyin nümayəndələri Kenji Ashida, Ayan Musayeva iştirak ediblər.

Görüşdə hazırda Azərbaycan iqtisadiyyatı və maliyyə-bank sektorunun vəziyyəti ilə bağlı məsələlər və Azərbaycan Beynəlxalq Bankının xarici borcunun restruktuzasiyası ərtafında fikir mübadiləsi aparılıb. Eyni zamanda da Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyasının müraciəti əsasında 2005-2007-ci illərdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən ABA-nın törəmə müəssisəsi olan ABTM texniki yardım ayrılmış və qarşılıqlı kadr mübadiləsi həyata keçirilmişdi.

MÜDDƏT