Ödəniş kartlarının təhlükəsizliyinə dair növbəti tədbir keçirilib

16 iyun 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası (ABA) ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə fırıldaqçılıq hallarının qarşısının alınması sahəsində mövcud potensialın daha da yüksəldilməsi, beynəlxalq təcrübədə tətbiq edilən son texnoloji həllər haqqında bank əməkdaşlarının məlumatlandırılması məqsədilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə növbəti tədbir keçirib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ABA-nın İcraçı direktoru Yunus Abdulov bildirib ki, bank sektoru informasiya texnologiyalarının tətbiqində, innovativ həllərin istifadəsində də ön sıralarda dayanır, eyni zamanda informasiya texnologiyalarının inkişafına tələb yaradan əsas sifarişçilər arasında yer alır.

“Təbii haldır ki, informasiya texnologiyalarının geniş tətbiqi özü ilə birlikdə, daim təkmilləşən və adaptasiya olunan riskləri də gətirir. Məhz bu səbəbdən ABA və MBNP mütəmadi olaraq, bankların belə risklərə qarşı hazırlığının və dayanıqlığının artırılması üçün araşdırmalar aparır və müxtəlif tədbirlər təşkil edir.” – deyə Y. Abdulov bildirib.

Bundan sonra tədbirdə çıxış edən “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının Avropa bölgəsində Təhlükəsizlik həlləri üzrə direktor Marc Van Puyvel tərəfindən təşkilatın bir sıra proqram və məhsulları, o cümlədən “Safety Net”, “Policy Manager”, “Fraud Rule Manager”, “Decision Intelligence”, “Spend Alerts and Controls”, “Acquirer/Merchant Dashboard” haqqında məlumat verilib və onların üstünlükləri və ödəniş kartları ilə aparılan əməliyyatların təhlükəsizliyinin yüksəldilməsində tətbiqinin zəruriliyi haqda məlumat verib.

MÜDDƏT