Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilib

20 iyun 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib.

İclasda ilk olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına  üzvlərin seçilməsi müzakirə olunub.  Həmçinin bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması, habelə bu istiqamətdə qanunvericilik və normativ bazanın təkmilləşdirilməsi, bankların fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı ABA-nın irəli sürdüyü təkliflər müzakirə edilib.

Sonda ABA üzvü olan banklar arasında əməkhaqqı sorğusunun keçirilməsi ilə əlaqədar məsələlər, “II Bankçılıq Forumu”nun gündəliyi ilə bağlı təkliflər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

MÜDDƏT