Bankların maliyyə vasitəçiliyi imkanlarının artırılmasına dair təkliflər müzakirə edilib

20 iyun 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib. İclasda bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması, o cümlədən bu istiqamətdə qanunvericilik və normativ bazanın təkmilləşdirilməsi, bankların fəaliyyətinin daha səmərəli təşkili ilə əlaqədar təkliflər müzakirə edilib.

ABA tərəfindən irəli sürülmüş təkliflər əsasən  bank sisteminin sağlamlaşdırılmasına dövlət dəstəyi, hüquqi bazanın təkmilləşdirilməsi, maliyyə bazarlarının fəaliyyətinin inkişafı, real sektorun kreditləşdirilməsinin bərpası, hesablaşmaların və infrastrukturun təkmilləşdirilməsinə dair məsələləri əhatə edir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

MÜDDƏT