ABA və Bank Respublika tələbələr arasında yazı müsabiqəsi elan edir

Əlavə edilib:

ABA və Bank Respublika tələbələr arasında yazı müsabiqəsi elan edir.

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin  – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Cümhuriyyəti XX əsrin sonlarında yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoyub.

BBN.az xəbər verir ki, Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası (ABA) bununla əlaqədar universitet tələbələri arasında yazı müsabiqəsi elan edir.

Müsabiqəni təşkil etməkdə məqsəd – Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatları göstərməkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 14.05.2018-ci il tarixinə kimi öz yazılarını marketing@bankrespublika.az  ünvanına göndərə bilərlər.

Qaliblər Bank Respublika və ABA tərəfindən pul mükafatı və diplomlarla mükafatlandırılacaq.

Ətraflı məlumatı Bank Respublikanın rəsmi internet saytındanfacebooksəhifəisindən, eləcə də 144 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

MÜDDƏT