Hüquqi Məsələlər üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib

Əlavə edilib:

26 iyul 2018-ci il tarixində AccessBank-ın baş ofisində Azərbaycan Banklar Assosiasiyasının  (ABA) nəzdində fəaliyyət göstərən Hüquqi Məsələlər üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.

BBN.az xəbər verir ki, iclasda Qrupun sədri Qorxmaz Ağayev və Qrupa üzv olan bankların nümayəndələri iştirak ediblər.

İclasda ABA-ya daxil olmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  müvafiq qanunvericilik aktlarının şərh edilməsi ilə bağlı müraciəti müzakirə olunub. Bank nümayəndələri öz təcrübələrini bölüşərək mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Sonda qanunvericilik aktının şərh edilməsi ilə bağlı rəyin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT