Azərbaycan Banklar Assosiasiyası “Rəqəmsal bank xidmətləri” mövzusunda sorğu keçirir

Əlavə edilib:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə rəqəmsal bankçılığın inkişafı və elektron ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində verilən fərman və sərəncamlardan irəli gələrək  Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” işçi qrupu tərəfindən “Rəqəmsal bank xidmətləri” mövzusunda sorğu keçirilir.

Sorğu bank hesabları üzrə əməliyyatların hansı formada aparılması, internet/mobil bankçılıq üzrə daha çox hansı əməliyyatlardan istifadə olunması, kütləvi xidmətlər üzrə ödənişlər, ödəniş kartları ilə əməliyyatların aparılması, təmassız ödənişlər və digər sahələri əhatə edir.

Qeyd edək ki, sorğu qeyri-bank sektorunda çalışan vətəndaşlar arasında keçirilir

Sorğuda iştirak etmək üçün linkdən istifadə edə bilərsiniz: https://www.surveymonkey.com/r/J3L638F

MÜDDƏT