ABA ilə ABŞ Səfirliyi arasında görüş keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasında (ABA) Amerika Birləşmiş Ştatları (ABŞ) Səfirliyinin nümayəndələri ilə ABA arasında görüş keçirilib.

BBN.az xəbər verir ki, görüşdə ABA-nın Prezidenti Zakir Nuriyev, İcraçı direktor Yunus Abdulov, baş iqtisadçı Bəhruz Əhmədov, ABŞ Səfirliyində İqtisadi şöbənin müdiri Castin Berq və İqtisadi məsələlər üzrə məsləhətçi Yusif Abbasov iştirak edib.

Görüş zamanı ümumi iqtisadi mənzərə, bank-maliyyə sektorunun cari vəziyyəti, mövcud imkanlar və qarşıdakı çağırışlar, gələcək inkişaf perspektivləri, həyata keçirilən islahatlar müzakirə edilib.

Həmçinin Azərbaycan banklarının Amerika bankları ilə müxbir əlaqələrinə və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT