“Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları arasında görüş keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları ilə görüşü keçirilib.

Görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Bazarlarına Nəzarət Departamentinin Direktoru Cavid Nəzərov və departamentin digər əməkdaşları, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun sədri Aydın Hüseynov və bankların nümayəndələrindən ibarət Qrupun üzvləri iştirak edib.

İclasda törəmə əməliyyatlar ilə bağlı mövcud problemlər və bu bazarın perspektivləri müzakirə olunub. Eləcə də bankların beynəlxalq bazarlarda apardıqları törəmə əməliyyatlar zamanı qarşılaşdıqları hüquqi məsələlər və onların həll yolları haqqında ətraflı söhbət aparılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT