ABA rəhbərliyi ilə Almaniya Əmanət Bankları Assosasiyası arasında görüş keçirilib

Əlavə edilib:

21 avqust 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Almaniya Əmanət Bankları Assosasiyasının nümayəndələri arasında görüş keçirilib.

BBN.az xəbər verir ki, görüşdə  ABA-nın Prezidenti Zakir Nuriyev, baş iqtisadçı Əzizağa Haqverdiyev, layihələr üzrə menecer Elçin Həsənov, həmçinin Almaniya Əmanət Bankları Assosasiyasının assosasiyaları idarəetmə üzrə eksperti Tobias Grapentin, Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun Azərbaycan üzrə nümayəndəsi Eduard Şmit və bankçılıq üzrə eksperti İlham Qafarov iştirak edib.

Görüş zamanı sözügedən qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsi aparılıb və gələcək tərəfdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT