ABA-dan Yaşıl Gələcəyə Növbəti Töhfə: 1 Milyon Ağac Hədəfinə Doğru Maliyyə Sektoru ilə Birgə Addım

Əlavə edilib:

24 aprel 2026 – cı il tarixində Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir.

Bu aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Kapital Bazarları Assosiasiyası  və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında 13 mart 2023-cü il tarixində “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilir. Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.

Artıq 4 ildir davam edən ağacəkmə aksiyasında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Bank sədrinin müavini Gülər Paşayeva, ABA-nın prezidenti Zakir Nuriyev, AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev, AzFina-nın icraçı direktoru Azər Əkbərov, digər assosiasiyaların məsul şəxsləri və assosiasiyaya üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak etmişdir.

Ölkədə meşə fondunun bərpası və yaşıllıqların salınması məqsədi ilə Abşeron rayonu Müşfiqabad qəsəbəsində 60 hektar ərazidə 37500 iqlimə uyğun müxtəlif növ ağacların əkilməsi və suvarma sisteminin qurulması nəzərdə tutulmuşdur. Aksiya zamanı 1 hektar ərazidə 625 ədəd Eldar şamı və zeytun ağacları iştirakçılar tərəfindən əkilmişdir.

MÜDDƏT