ABA-nın icraçı direktoru Yunus Abdulov III İslam Maliyyə Forumunda çıxış edib

Əlavə edilib:

22 oktyabr 2026-cı il tarixində keçirilən III İslam Maliyyə Forumunda Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov çıxış edib.

O, çıxışında bank sektorunun mövcud göstəricilərinə toxunaraq, islam maliyyəsi alətlərinin biznesin maliyyələşdirilməsində yaratdığı imkanlardan bəhs edib.

Yunus Abdulov, həmçinin Mudaraba və Murabaha məhsullarının tətbiqi, müvafiq hüquqi bazanın təkmilləşdirilməsi, bank mütəxəssislərinin hazırlanması və müştəri etimadının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Beynəlxalq təcrübənin öyrənilməsinin və əməkdaşlığın genişləndirilməsinin bu sahənin inkişafına töhfə verəcəyini qeyd edib.

MÜDDƏT