ABA tərəfindən banklararası “Nə? Harada? Nə zaman?” çempionatı keçiriləcək

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) sosial yönümlü tədbirlərini davam etdirir. Bu istiqamətdə 26 oktyabr 2018-ci il tarixində ABA tərəfindən “Nə? Harada? Nə zaman?” çempionatının keçirilməsi nəzərdə tutulub.

Yarış üçün artıq banklara müraciət olunub və komandalar qeydiyyata alınır.

Yarışın qalib komandaları mükafatlandırılacaq.

Xatırladaq ki, ABA tərəfindən təşkil olunan banklararası “Nə? Harada? Nə zaman?” çempionatı artıq 3 ildir ki, keçirilir. Ötən il keçirilmiş, 13 bankdan 100-ə yaxın əməkdaşın iştirak etdiyi çempionatın qalibi “Kapital Bank” komandası olub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 29 bank və 3 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

MÜDDƏT