ABA və ATMİA arasında əməkdaşlıq imkanları müzakirə olunub

Əlavə edilib:

28 oktyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) arasında onlayn görüş keçirilib.

Görüşdə ABA-nın Kredit işi üzrə Ekspert Qrupunun üzvləri iştirak ediblər.

Görüş çərçivəsində bank sektoru ilə tikinti materialları istehsalçıları arasında əməkdaşlıq imkanları, tikinti materialları istehsalı sektorunun maliyyələşdirilməsi, kreditləşmə məsələləri və biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanları müzakirə olunub.

Tərəflər təmsil etdikləri sektorlar üzrə aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və mövcud imkanların qiymətləndirilməsi istiqamətində müzakirələr aparıblar.

MÜDDƏT