BVF-un Azərbaycan üzrə missiyası ABA üzv banklar arasında görüş keçirilib

Əlavə edilib:

20 iyun 2019-cu il tarixində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyası Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv banklar arasında görüş keçirilib.

Görüşdə, BVF-nu Azərbaycan missiyasının nümayəndələri Fondun Orta Şərq və Mərkəzi Asiya bölməsinin və Maliyyə Məsələləri departamentinin iqtisadçıları Anastasia Guscina və Galen Sher təmsil edirdilər.

Dəyirmi masada, ölkədə bank sektorunun cari vəziyyəti, sektorun tənzimlənməsi məsələləri, korporativ və pərakəndə bankçılıqda yeni meyillər, 2015-16-cı illərdəki neft şokundan sonra kreditləşmədə tətbiq olunan yeni standartlar, burada ortaya çıxan problemlər, risklərin qiymətləndirilməsi və maliyə sektorunda aparılan hüquqi islahatlara dair fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, BVF missiyası iyunun 12-dən ölkədə səfəri ərzində Maliyyə, İqtisadiyyat, Vergi, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində, həmçinin Dövlət Neft Fondu, SOCAR, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank kimi qurumlarda məsləhətləşmələr aparır. Missiyanın işi ölkədə iyunun 27-nə kimi davam edəcəkdir.

MÜDDƏT