Ümumi məlumat

Qrupda ÇPY qarşı mübarizə və komplayens üzrə Azərbaycan Respublikasının qanunvericiliyi, ölkəmizin tərəfdar çıxdığı Beynəlxalq konvensiyaların tələbləri, Maliyyə Tədbirləri Üzrə İşçi Qrupu – FATF-ın tövsiyələri, Bank Nəzarəti üzrə Bazel Komitəsinin prinsipləri və Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin tələblərinə uyğunluq üçün görülən işlər müzakirə edilir, bu sahədə, üzvlər arasında təcrübə mübadiləsi aparılır. Həmçinin, bankların qeyd olunan istiqamətdə daxili nəzarət qaydalarının təkmillədirilməsi və unifikasiyası məsələləri müzakirə edilir, daxili nəzarətin təşkili və həyata keçirilməsi ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi imkanlarını istisna edən şəraitin yaradılması imkanlarına birlikdə baxılır, eyni zamanda bu sahədə irgə əməkdaşlıq yolları nəzərdən keçirilir.

MÜDDƏT