Qrupda Ətraf Mühitin, Sosial məsələlərin və İdarəetmə (ESİ) prinsiplərinin bank sektorunda tətbiqi və inkişafı üzrə fəaliyyətlər həyata keçirilir. Bu istiqamətdə beynəlxalq standartların öyrənilməsi, bankların ESG strategiyalarının təkmilləşdirilməsi, dayanıqlı maliyyə alətləri üzrə hüquqi və normativ çərçivənin təhlili və təkmilləşdirilməsi, ESG ilə bağlı məlumatlılığın artırılması üçün seminar və treninqlərin təşkili, müvafiq qurumlara əsaslandırılmış təkliflərin hazırlanması, ESG ilə əlaqədar innovativ yanaşmaların tətbiqi və digər bu qəbildən olan fəaliyyətlər yerinə yetirilir.