29 oktyabr – 08 noyabr 2019-cu il tarixlərini əhatə edən “Nağdsız cəmiyyət günləri” çərçivəsində, Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili, Kommunikasiya Mərkəzinin dəstəyi ilə ənənəvi “IV BEYNƏLXALQ BANKÇILIQ FORUMU – NAĞDSIZ İQTİSADİYYAT: DAYANIQLI BANKÇILIĞA DOĞRU” adlı Forum uğurla başa çatıb.
İki gün keçirilmiş bu ilki Forumda aidiyyəti dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edirlər.
Forum altı Paneldən ibarət olmaqla, “Nağdsız iqtisadiyyat: nailiyyətlər və çağırışlar”, “Bankçılıq – rəqəmsallaşmaya doğru”, “Bankçılığın transformasiyasının müxtəlif tərəfləri”, “Yeni ödəniş dünyası”, “Komplayns və tənzimləmə riskləri”, “Nağdsız və rəqəmsal iqtisadiyyatın tənzimlənməsi” mözvularını əhatə etmişdir. Qeyd edək ki, panellərdə 60-dan çox spiker müzakirələr aparmış və 1000-dən çox iştirakçı qatılmışdır.
İştirakçılar və spikerlər arasında “Mastercard”, “Cross”, “Oracle”, “BS/2”, “Zolotaya Korona”, “Tieto”, “Altair”, “Antaris”, “Azericard”, “Group-IB”, “Solanteq”, “İHS Teknoloji”, “3D Bilişim”, “Colvir”, “Millikart group”, “Dell”, “NBA Technologies International”, “Nice Actimize”, “НПА”, “Commerzbank”, “Terrasoft”, “PayPorter”, “Portmanat”, “SAS”, “Finanzgruppe”, “EFSE”, “Wallyt”, “S&P Global Ratings”, “Pafilia”, “Spektr Centre for Research and Development”, “Simbrella”, “Diebold Nixdorf”, “Polish Bank Association”, “RDTEX”, “FICO Tonbeller”, “Qulix”, “IDNT”, “Adecco”, “Alliance Factors”, “Koophub”, “Deloitte”, “Fintech Association”, “Ernst & Young”, “Beynəlxalq Maliyyə Korporasiyası”, “PolishAPI”, “МИР”, “Пластик карта”, “НАПКА”, “Paynet”, “PwC”, “SWIFT”, “KPMG”, “Verifone”, “Finance in Motion”, “KUTVAN group”, “BaFin”, “Belarusiya Mərkəzi Bankı”, “Gürcüstan Mərkəzi Bankı”, “Ukrayna Mərkəzi Bankı”, “Ashburn International” və digər nüfuzlu şirkətlərin nümayəndələri olub, eyni zamanda Forumun Bank tərəfdaşları kimi “AzerTürk Bank” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Expressbank” ASC, “Premium Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Unibank” KB ASC iştirak ediblər.
“Nağdsız Cəmiyyət Günləri”ndə nağdsız iqtisadiyyat, rəqəmsal ödənişlər və buradakı innovativ həllər ilə əlaqədar mövzularda bank əməkdaşlarına, jurnalistlərə və tələbələrə təlimlərin, seminarların və “Meetup”ların təşkili, eləcə də nağdsız ödənişləri stimullaşdıracaq kampaniyalar keçirilmişdir.
Ümumilikdə, “Nağdsız Cəmiyyət Günləri” çərçivəsində 15 tədbir baş tutub.
Forumda spikerlər tərəfindən müxtəlif mövzularda aşağıdakı təqdimatlar edilmişdir:
6 noyabr
- Alexey Shallin
- Dmitry Nazarov
- Efimov Maksim
- Ekaterina Kalinina
- Alper Gul
- Cihat Mush
- Erol Ulu
- Evgeny Guschin
- Farid Guliyev
- Farid Osmanov
- Hakan Tatlici
- Kadir Yuceer
- Kirill Ovsiannikov
- Maciej Kostro
- Micaela Vernmark
- Mikhail Alekseev
- Nader Afifi
- Svetlana Sergeeva
- Denis Novikov
- Tatyana Zharkova
- Tokuro Uhara& Antoni Knod
- Valeriy Ischuk
7 noyabr
- Alikhayyam Guluzade
- Diana Feld & Daniil Solovyev
- Farid Isayev
- Gokhan Gözütok
- Gunel Sadiyeva
- Habib Abbasov
- Hiro Takahashi
- Otabek Sidikov
- Pavel Shoust
- Sahib Hasanov
- Seymur Muradov
- Sundeep Tengur
- Tural Feyzullayev
- Tural Məmmədov
- Vladimir Remyga
- Volker den Ouden-1
- Volker den Ouden-2