Sosial-mədəni tədbirlər

Müddət

Banklararası Şahmat Çempionatının qalibləri bəlli olub

23-25 may 2023-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar keçirilmiş banklararası şahmat çempionatı başa çatmışdır. Nəticələrə əsasən şəxsi-komanda çempionatında “ABB” ASC qalib gəlmişdir. 2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Kapital Bank” ASC və “Bank Respublika” ASC qərarlaşmışdır. […]

ABA-nın təşkilatçılığı ilə “Uğurlu rəqəmlərdən sehrli sözlərə” adlı tədbir keçirilib

8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə bank sektorundakı xanımların Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, esseist, kinossenarist, tərcüməçi Ramiz Rövşənlə “Uğurlu rəqəmlərdən sehrli sözlərə” adı altında görüşü baş tutub. 2017-ci ildən etibarən keçirilən tədbir bu il də maraqlı olması ilə yadda qalıb. Tədbiri giriş sözü ilə açan […]

Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Nə? Harada? Nə zaman?” intelektual yarışması keçirilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” Banklararası intelektual yarışmanın qalibləri məlum olub. 13 dekabr 2022-cu il tarixində ABA tərəfindən Banklararası “Nə? Harada? Nə zaman?” intelektual yarışması keçirilib. 12 bankdan 80-ə yaxın əməkdaşın iştirak etdiyi yarışmanın qalibi “Kapital Bank” komandası olub. Belə ki, “Kapital Bank” komandası mümkün 36 sualdan 27-nə cavab verərək […]

Bank işçiləri arasında həvəskar badminton turniri keçirilib

21 may 2022-ci il tarixində 1 saylı idman liseyində Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən müxtəlif bankların əməkdaşları arasında həvəskar badminton yarışı keçirilib. 32 kişi və qadın bamdintonçu şəxsi kateqoriyada qüvvəsini sınayıb: Şəxsi. Kişilər: 1.Ramiz Əbilov (PAŞA Bank) 2.Kamil Abdullayev (Rabitəbank) 3.Hikmət Rüstəmov (Rabitəbank) Qadınlar: 1.Aynur Qənbərova (Yelo […]

Banklararası şahmat turnirinin qalibləri bəlli olub

11-13 may 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federesiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş banklararası şahmat yarışı başa çatıb. Yarışın nəticələrinə əsasən şəxsi komanda çempionatında “ABB” ASC qalib gəlib. 2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Kapital Bank” ASC və “TuranBank” ASC qərarlaşıb. Banklararası şahmat […]

MÜDDƏT