II Bankçılıq Forumu başa çatıb

Əlavə edilib:

23-24 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası: İslahatlar, Nəticələr və Perspektivlər” mövzusunda II Bankçılıq Forumu keçirilib.

Forumun məqsədi ölkədə həyata keçirilən strateji iqtisadi islahatların nəticələrinin təhlili, maliyyə-bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası, maliyyə dayanıqlığının möhkəmləndirilməsi, nağdsız ödənişlərin artırılması istiqamətləri, banklarda komplayensin inkişafı və bank sisteminin fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsi məsələlərinin müzakirəsi, həmçinin bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsidir.

Forumda maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərləri, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin digər ölkələrdən dəvətlilər iştirak ediblər.

II Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev açılış nitqi ilə çıxış edib. Daha sonra Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Hüseyin Aydın, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış ediblər.

Açılış nitqlərindən sonra “Xarici şokların təsirlərinin minimallaşdırılması istiqamətində görülmüş işlər və yeni çağırışlar” mövzusundakı 1-ci panel öz işinə başlayıb. Paneldə “İqtisadi islahatların yaxın və orta perspektivli nəticələri”, “Bank sektorunun sağlamlaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər və önümüzdəki hədəflər”, “Monetar stimullaşdırma ilə makroiqtisadi stabillik arasında balans”, “Makroiqtisadi stabilliyin təmin edilməsində Dövlət Neft Fondunun rolu”, “Yeni dövrdə bank sektorunda insan resurslarının inkişafı məsələləri” mövzularında təqdimatlar edilib və mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Forum öz işini “Nağdsız cəmiyyətə doğru: ödəniş ekosistemində son trendlər, yeni bazar iştirakçıları və innovativ ödəniş həlləri”, “Müasir bankçılıqda komplayens” və “Bank sisteminin inkişafının hüquqi bazasının təkmilləşdirilməsi məsələləri”nə həsr edilmiş növbəti panellərdə davam etdirib.

 

Forumda çıxış etmiş spikerlərin təqdimatlarını aşağıdakı keçidlərdən əldə edə bilərsiniz:

Açılış nitqləri

ABA-nın prezidenti Zakir Nuriyevin açılış nitqi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin açılış nitqi

 Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının açılış nitqi

Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Hüseyin Aydının açılış nitqi

Birinci panel 

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil və analitik-informasiya departamentinin rəhbəri Ayaz Çaparlı:İqtisadi islahatların yaxın və orta perspektivli nəticələri”mövzusunda

Azərbaycan Respublikası Mərkəzi Bankının İqtisadi təhlil departamentinin direktoru Şaiq Adıgözəlov: “Monetar stimullaşdırma ilə makroiqtisadi stabillik arasında balans: yeni inkişaf modelinə keçiddə monetar siyasətin rolu” mövzusunda

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Büdcə proqnozlaşdırma və layihələr departamentinin direktoru: “Makroiqtisadi stabilliyin təmin edilməsində Dövlət Neft Fondunun rolu” mövzusunda

Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev: Yeni dövrdə bank sektorunda insan resurslarının inkişafı məsələləri” mövzusunda

İkinci panel

İsveçrənin Trüb Trading şirkətinin İdarə Heyətinin sədri Christoph Franzen: Blokçeyn texnologiyası və kriptovalyutalar” mövzusunda

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemlərinə nəzarət sektorunun müdiri Tamerlan Rüstəmov:Ödəniş ekosistemində yeni tənzimləmə və nəzarət çərçivəsi” mövzusunda

Azərbaycan Respublikasının Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin böyük mütəxəssisi Xəyaləddin Tağıyev: “Rəqəmsal ödənişlərin perspektivləri” mövzusunda

MasterCard beynəlxalq ödəniş sisteminin Rəqəmsal məhsullar üzrə eksperti Hakan Tatlıcı: “İnnovativ ödəniş həlləri və cəmiyyətdə ödəniş vərdişlərinin dəyişməsi” mövzusunda

İ-AM Istanbul şirkətinin həmtəsisçisi Emre Kuzlu: “Digital bankçılığın filialın transformasiyasında rolu” mövzusunda

Üçüncü panel

Raiffeisen Bank International”da Qlobal maliyyə institutları və ölkələr üzrə rəhbər Axel Summer: Bankların müxbir münasibətlərinin qurulmasındakı çağırışlar” mövzusunda

“Deloitte Azərbaycan”da xidmət direktoru Emil Qarayev:“Bankların komplayens funksiyalarının beynəlxalq standartlara uyğun qurulması” mövzusunda

RDTEX şirkəti Konstantin Ivanov və Daniil Solovyev: Vergi sahəsində komplayens – Ümumi Hesabatlılıq Standartları (CRS): Praktiki təcrübə”

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin Analitik idarəsinin rəisi Zaur Hacılı:“Valyuta rejimi: idxal-ixrac əməliyyatları ilə bağlı müxbir bankların üzərinə düşən vəzifələr” mövzusunda

Dördüncü panel

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat idarəsinin rəisi Nurlan Babayev:Bank qanunvericiliyi: yeniliklər və inkişaf perspektivləri” mövzusunda

Almaniya Əmanət Bankları Maliyyə Qrupunun Ombudsmanı Michael Haussner: Bank sektorunda müştərilərlə banklar arasındakı fikir ayrılıqlarının həlli metodları və Almaniya təcrübəsi” mövzusunda

Azərbaycan Banklar Assosiasiyası nəzdində Hüquqi məsələlər üzrə Ekspert Qrupunun sədri/ “Ata Holding” ASC-nin Hüquq departamentinin direktoru / “Bank VTB Azərbaycan” ASC-nin Müşahidə Şurasının üzvü Qorxmaz Ağayev: Banklarda hüquqi risk menecmentinin qurulması” mövzusunda

 

 

 

 

 

MÜDDƏT