Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti iclası keçirilmişdir – Foto

Əlavə edilib:

30 aprel 2024-cü il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun “Zoom” platforması vasitəsilə onlayn formatda növbəti iclası keçirilmişdir.

İclasda 2024-cü il üzrə Fəaliyyət Planı çərçivəsində 1-ci rübdə görülmüş işlər barədə ətraflı məlumat verilmiş və qarşıda duran vəzifələr görüş iştirakçılarının diqqətinə çatdırılmışdır.

Həmçinin, Dünya Bankının Business Ready hesabatının Maliyyə xidmətləri indikatoru ilə bağlı tapşırıqların icra vəziyyətinə dair məlumat verilmiş və Maliyyə xidmətləri indikatoru ilə bağlı dövlət və özəl sektor nümayəndələri arasında aparılmış qiymətləndirmə nəticələri müzakirə edilmişdir. Bundan başqa, iclasda sahibkarlıq subyektləri tərəfindən güzəştli şərtlərlə kreditlərin əldə edilməsi ilə bağlı ünvanlanmış müraciət ətrafında fikir mübadiləsi aparılmışdır. İclasın yekununda Dünya Bankının Business Ready hesabatının Maliyyə xidmətləri indikatoru ilə bağlı tədbirlərin icrasının, o cümlədən məlumatlılığın artırılmasının davam etdirilməsi, habelə sahibkarlıq subyektləri tərəfindən güzəştli şərtlərlə kreditlərin əldə edilməsi şərtlərinin yaxşılaşdırılması imkanlarının aidiyyəti dövlət fondları və bank nümayəndələrinin iştirakı ilə birgə müzakirə edilməsi qərarlaşdırılmışdır.

İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin, Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının, İqtisadiyyat Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Energetika Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, habelə  Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələri və özəl sektordan işçi qrupu üzvləri iştirak etmişdir.

MÜDDƏT