Xəbərlər

Müddət

“Kapital Bank” ASC-nin əməkdaşı ABA tərəfindən təltif edilib

15 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilib. Ümumi Yığıncağın iclası zamanı Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun üzvü, “Kapital Bank” ASC-nin əməkdaşı Arif Mehdiyev “İstehlak kreditlərinin verilməsi üzrə vahid kredit şərtləri”nin hazırlanmasında fəal iştirakına görə “Hüquqi məsələlər üzrə Ekspert Qrupunun fəaliyyətinə aktiv dəstəyə görə” nominasiyası üzrə təltif edilib. […]

ABA-nın Ümumi Yığıncağı keçirilib

15 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə açan Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib. İclasın gündəliyinə ABA-nın  2018-ci  il  üzrə  fəaliyyətinə  dair  hesabatın  (görülmüş  işlər, Ekspert Qrupları və maliyyə hesabatı) dinlənilməsi və təsdiqi, ABA-nın Audit Komitəsinin hesabatının dinlənilməsi və təsdiqi, ABA-nın  törəmə  qurumlarının […]

“Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert Qrupunun görüşü keçirilib

14 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” ekspert qrupunun görüşü keçirilib. Görüşdə əmək haqlarının ödəniş kartları ilə paylanılması zamanı müxtəlif bankların iştirak imkanları müzakirə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 174.2-ci maddəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. […]

“Xəzinədarlıq fəaliyyətində risklərin idarə edilməsi” mövzusunda təlim təşkil edilib

13 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosasiyasının(ABA)  “Risklərin İdarə Edilməsi üzrə” Ekspert Qrupu və “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupu üzvlərinə “Xəzinədarlıq fəaliyyətində risklərin idarə edilməsi” mövzusunda Ziraat Bankın baş ofisində təlim təşkil edilmişdir. Təlimdə Xəzinədarlıq idarəçiliyinin vacibliyi geniş müzakirə olunaraq, Fyuçers, Forvard( Forward), Svop( Swop), Opsion sövdələşmələrinin hesablanmaları qaydaları və pərdəarxası […]

Daşınar əmlaka əsaslanan maliyyələşmə imkalarından faydalanaq” adlı konfrans keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA), Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) və İsveçrənin İqtisadi Məsələlər üzrə Katibliyinin (SECO) təşkilatçılığı ilə “Daşınar əmlaka əsaslanan maliyyələşmə imkalarından faydalanaq” adlı konfrans keçirilib. Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi və Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin fəaliyyətə başlaması daşınar əmlaka əsaslananan maliyyələşmənin tətbiqi üçün geniş imkanlar yaratmışdır. Bu sahədə göstərilmiş təşəbbüslərin […]

MÜDDƏT