Xəbərlər

Müddət

Bank sektoru üzrə dayanıqlı maliyyələşdirmələrə dair ilkin hesabat təqdim olunub

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən 2024-cü ildə ölkəmizdə keçirilmiş COP29 tədbiri çərçivəsində səsləndirilmiş Azərbaycan bank sektorunun dayanıqlı inkişafa dəstək bəyanatına əsasən görülən işlərin davamı olaraq, 2 milyard manat həcmində dayanıqlı layihələrin maliyyələşdirilməsinə dair öhdəliyin icrasını əhatə edən ilkin hesabat hazırlanıb. Hazırlanmış hesabat banklar üzrə yaşıl və dayanıqlı maliyyələşdirmələrə dair məlumatlara əsaslanır və sektorun bu istiqamətdəki […]

“Risk menecmenti yalnız rəqəmlər deyil – strateji baxış tələb edir”

Fariz Rəhimov: “Bank sektorunda dayanıqlılıq üçün risk mədəniyyəti, texnologiya və ssenari düşüncəsi əsas şərtlərə çevrilir” Xəbər verdiyimiz kimi, Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin qərarı ilə Assosiasiyanın nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun yeni sədri təsdiqlənib. Bu vəzifəyə Fariz Rəhimov təyin olunub. BBN.az olaraq, Fariz Rəhimovla bank sektorunda risklərin idarə olunması, texnologiyanın […]

Yeni Maliyyə Aləti Nədir? – Özal Talıblı AMB-nin Real Sektor üçün Tətbiq Etdiyi Mexanizmi Şərh Edir

Real sektorun fasiləsiz maliyyələşməsi və valyuta risklərinin azaldılması məqsədilə işə salınan yeni maliyyə aləti kredit təşkilatlarına xarici resurslara çıxışı asanlaşdırır. Banklar Assosiasiyasının Ekspert Qrupunun üzvü, maliyyə eksperti Özal Talıblı bildirir ki, bu mexanizm yerli maliyyə bazarında likvidliyin artmasına, daha sərfəli kredit şərtlərinin formalaşmasına və ümumilikdə kredit əlçatanlığının yüksəlməsinə töhfə verəcək. Yeni alət xüsusilə mikro və […]

“Pərakəndə bankçılıq və kredit sığortası məhsulları üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir

25 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir. İclasda Azərbaycan Kredit Bürosu tərəfindən Assosiasiyaya ünvanlanmış məktubda qeyd olunan müvafiq məsələlər ətrafında müzakirələr aparılmış, qrup üzvləri tərəfindən təklif və tövsiyələr səsləndirilmişdir. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı […]

“Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun yeni sədri təsdiqləndi

22 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilmişdir. İclas çərçivəsində ABA-nın nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun yeni sədri müəyyənləşdirilmiş və bu vəzifəyə “ABB” ASC-nin Risk Ofisinin rəhbəri vəzifəsini icra edən Fariz Rəhimovun təyin olunması qərara alınmışdır. Fariz Rəhimovun sədr təyinatı, qrupun fəaliyyətinin daha da gücləndirilməsi və […]

MÜDDƏT