22 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilmişdir İclas zamanı ABA nəzdində fəaliyyət göstərən “Maliyyə və Mühasibatlıq üzrə Ekspert Qrupu”nun sədri vəzifəsinə “ABB” ASC-nin Maliyyə Menecmenti departamentinin direktoru vəzifəsini icra edən Əli Dadaşzadənin təyin olunması qərara alınmışdır. Bu təyinat Ekspert Qrupunun fəaliyyətinin genişləndirilməsi və bank sektorunda maliyyə, mühasibatlıq və hesabatlılıq […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ekspert Qrupunun üzvü Qərib Əhədov kredit faizlərinin formalaşması ilə bağlı BBN.az-a açıqlama verib. Video müsahibədə ekspert faizlərə təsir edən əsas amillər – inflyasiya, uçot dərəcəsi, bankların likvidliyi və risk dəyərləndirməsi barədə danışıb. Daha ətraflı BBN YouTube kanalında izləyin:
18 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Asiya İnkişaf Bankının (ADB) nümayəndə heyəti arasında görüş baş tutub. Görüş ADB tərəfindən həyata keçirilən “İxrac və Dəyər Zəncirinin Tədqiqi üzrə Texniki Yardım Məsləhətləşmə Missiyası” çərçivəsində təşkil edilib. Tədbirdə ABA-nın nəzdində fəaliyyət göstərən müvafiq Ekspert Qruplarının nümayəndələri və Assosiasiyanın üzv banklarının təmsilçiləri iştirak ediblər. Müzakirələr […]
16 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən bank nümayəndələri üçün “Layihə maliyyələşdirilməsi kreditləri: Giriş” mövzusunda təlim təşkil edilib. Təlim Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının “Bank sektoru üzrə təklifi genişləndirən tədbirlərin həyata keçirilməsi” tədbiri çərçivəsində hazırlanmışdır. Bank sektorunda yeni fəaliyyətə başlayan […]
Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən əhalinin müxtəlif təbəqələrinin rəqəmsal ödənişlər sahəsində maarifləndirilməsi, ictimaiyyətdə rəqəmsal ödənişlər üzrə fırıldaqçılıq əməliyyatlarına dair məlumatlılığın daha da artırılması istiqamətində aktiv fəaliyyət davam etdirilir. Növbəti uğurlu layihə olaraq ABA nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”n rəhbəri Tamerlan Rüstəmov tərəfindən gələcək nəslin rəqəmsal ödənişlər haqqında daha bilikli […]