Xəbərlər

Müddət

“Marketinq Forumu” keçiriləcək

02 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR üzrə” Ekspert Qrupunun iclası keçirilib. İclasın gündəliyindəki əsas məsələlər “Marketinq forumu”nun təşkili və ABA təşkilatçılığı ilə sosial layihələrin həyata keçirilməsi olub. İclas iştirakçıları “Marketinq forumu”nun keçiriləcəyi vaxt, forumun mövzuları,  spiker seçimi və forumun əsas məqsədi  ətrafında müzakirələr aparıblar. Qərara alınıb ki, vaxtın müəyyənləşdirilməsi, […]

ABA-nın “ÇPY qarşı mübarizə və komplayens üzrə” Ekspert Qrupunun iclası olub

2 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “ÇPY qarşı mübarizə və komplayens üzrə” Ekspert Qrupunun iclası olub. İclasda ABA-nın ÇPY qarşı mübarizə və komplayens üzrə Ekspert Qrupunun sədri Anar Kərimov və qrupun digər üzvləri iştirak edib. İclas zamanı Qrupun 2018-ci il üzrə İş planı müzakirə edilib. İş planında nağdsız hesablaşmalar […]

ABA-nın nəzdində yaradılacaq yeni ekspert qrupunun ilkin iclası keçirilib

2 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının  nəzdində yaradılacaq Xəzinədarlıq və Fondların İdarə Olunması adlı Ekspert  Qrupunun ilkin iclası keçirilib. İclasda ABA-ya üzv təşkilatların nümayəndələri iştirak ediblər. ABA-da baş tutan iclasda Xəzinədarlıq və Fondların İdarə Olunması adlı Ekspert Qrupunun yaranma zərurətindən danışılıb. Bildirilib ki, Azərbaycan Banklar Assosiasiyası nəzdində demək olar ki, bütün sahələri əhatə edən […]

AMB “Ani ödənişlər sistemi”nin yaradılmasına start verib

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlərini davam etdirir. BBN.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində hədəflər […]

ABA rəhbərliyi İtaliya səfiri ilə görüşüb

31 yanvar 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və ABA-nın İcra Aparatının nümayəndələri İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Augusto Massari ilə görüşüb. ABA-da keçirilən görüşdə Assosiasiyanın əsas fəaliyyət istiqamətləri, Azərbaycan bank sektorunun cari vəziyyəti, Azərbaycan və İtaliyanın bank və maliyyə sektorları arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin qurulması, o cümlədən iki ölkənin […]

MÜDDƏT