17 yanvar 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR üzrə” Ekspert Qrupu, bankların marketinq nümayəndələri və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri arasında görüş keçirilib. Görüş cari ilin fevral ayından etibarən Mərkəzi Bank tərəfindən təşkil ediləcək “Kartla ödə, kartla qazan” adlı tirajlı stimullaşdırıcı lotereyanın banklarla kommunikasiyası ilə əlaqədar keçirilib. Belə ki, əhalinin rəqəmsal […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində “Daxili audit üzrə” Ekspert Qrupu yaradılıb. Yeni Ekspert Qrupunun yaradılması haqqında qərar 16 yanvar 2019-cu il tarixində ABA-nın Rəyasət Heyətinin iclasında qəbul edilib. Ekspert Qrupunda aşağıdakı işlərin görülməsi nəzərdə tutulur: Beynəlxalq təcrübələrin öyrənilməsi və vahid yanaşmaların tətbiqinin təşkili, Daxili audit işinə dair normativ aktların yenilənməsi / hazırlanması, Auditorların peşəkarlıq dərəcələrinin […]
16 yanvar 2019-cu il tarixində “Azərbaycan Beynəlxalq Bankı”nda Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələlər ABA-nın 2019-ci il üzrə iş planına baxılması, ABA-nın növbəti Ümumi Yığıncağının keçirilmə vaxtının müəyyən edilməsi, ABA-nın maliyyə təsərrüfat fəaliyyətinə dair məsələlərə baxılması, “Daxili audit üzrə Ekspert Qrupunun”nun yaradılması və cari məsələlər olub. İclas zamanı […]
10 yanvar 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert Qrupunun görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası Vergilər Məcəlləsinə fiziki şəxslər olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə müəssisələrində nağd və nağdsız ödənişlər zamanı ƏDV məbləğinin müəyyən qisminin geri qaytarılmasına dair edilən əlavə dəyişikliklər müzakirə […]
09 yanvar 2019-ci il tarixində Bank Respublika-nın baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Hüquqi Məsələlər üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib. BBN.az xəbər verir ki, iclasda Qrupun sədri Qorxmaz Ağayev və Qrupa üzv olan bankların nümayəndələri iştirak ediblər. İclas “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərin maddələr üzrə müzakirəsinə həsr olunmuşdur. Üzvlər maddələr […]