Xəbərlər

Müddət

Qeyri-işlək aktivlərin restrukturizasiyası ilə bağlı “Bakı yanaşması” hazırlanır

8 dekabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Yapı Kredi Bank Azərbaycanın təşkilatçılığı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və bankların səlahiyyətli nümayəndələri arasında görüş keçirilib. Görüşdə qeyri-işlək aktivlərin (QİA) idarə edilməsi üzrə “Bakı yanaşması”nın hüquqi mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub. Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini, Strateji […]

“Banklar və Biznes Qəzeti”nin elan etdiyi məqalə müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub

28 noyabr 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyanın (ABA) törəmə qurumu olan “Banklar və Biznes Qəzeti” (BBN.az), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) təşkilati dəstəyi və “Accessbank”ın tərəfdaşlığı ilə keçirilən “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri” adlı məqalə müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Mərasimi giriş sözü ilə Azərbaycan Banklar Assosiasiyasının İcraçı […]

II Bankçılıq Forumu başa çatıb

23-24 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası: İslahatlar, Nəticələr və Perspektivlər” mövzusunda II Bankçılıq Forumu keçirilib. Forumun məqsədi ölkədə həyata keçirilən strateji iqtisadi islahatların nəticələrinin təhlili, maliyyə-bank […]

II Bankçılıq Forumu öz işinə başlayıb

Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı ilə “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası: İslahatlar, Nəticələr və Perspektivlər” mövzusunda keçirilən “II Bankçılıq Forumu” öz işinə başlayıb. Açılış nitqi ilə çıxış edən ABA-nın prezidenti Zakir Nuriyev  cari makroiqtisadi və bank sektorundakı […]

Nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində növbəti tədbir həyata keçirilib

Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlərini davam etdirir. Bununla bağlı həyata keçirilən sistemli islahatların nəticəsi kimi Azərbaycanda emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi, ölkədaxili kart əməliyyatları üzrə banklararası xidmət haqlarının […]

MÜDDƏT