5 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən “Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” adlı Konfrans keçirilib. Konfransa açılış nitqi ilə start verən IFC-nin nümayəndəsi Teymur Heybətov bildirib ki, daşınar əmlakın yüklülüyü ilə əlaqədar reyestrin yaradılması ölkədə kiçik və orta sahibkarların (KOS) maliyyə resurslarına çıxışının təkmilləşdirilməsinə xüsusi […]
07 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Kredit işi və risk” üzrə Ekspert Qrupunun iclası keçirilib. İclasda Qrupun İş Planına uyğun görülməli işlər, eyni zamanda cari vəziyyətlə əlaqədar məsələlər müzakirə edilib. Həmçinin iclasda nağdsız əməliyatların stimullaşdırılması məqsədilə fərdi sahibkar və hüquqi şəxs müştərilərin hesabları üzrə aparılan nağd əməliyyatlara nəzarətin gücləndirilməsi ilə əlaqədar məsələlər […]
7 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələr üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzİnTelecom” MMC-nin rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə banklarda olan telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb və bankların sualları cavablandırılıb.
ABA-nın nəzdində fəaliyyət göstərən Kredit işi və risk üzrə Ekspert Qrupunun üzvləri üçün 30 mart 2017-ci il tarixində Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) tərəfindən “Risklərin idarə olunması” mövzusunda seminar keçirilmişdir. Seminarın spikeri SBFIC-nin Korporativ İdarəetmə Departamentinin direktoru xanım Renate Stopsack olmuşdur. Renate Stopsack korporativ inkişaf, o cümlədən korporativ və risk strategiyaları, bazar qiyməti və […]
4 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Tədris strategiyaları və insan resurslarının idarə olunması üzrə” Ekspert Qrupunun iclas keçirilib. BBN.az xəbər verir ki, iclasda “Əmək haqqı sorğusu” layihəsinin müzakirəsi mövzusunda və maliyyə savadlılığı üzrə borclanmaya dair müştərilərə yönəlik ümumi məsləhətlər ətrafında müzakirələr aparılıb. Eyni zamanda, iştirakçılar insan resursları üzrə böhran dövründə qeyri-maddi motivasiya, daxili […]