Xəbərlər

Müddət

Bank Ombudsmanının saytı fəaliyyətə başladı

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılan Bank Ombudsmanının rəsmi internet səhifəsi fəaliyyətə başlamışdır. Bank Ombudsmanının rəsmi internet səhifəsinə www.bankombudsman.azünvanından daxil ola bilərsiniz. Qeyd edək ki, sayt vasitəsilə Bank Ombudsmanının əsasnaməsi, reqlamenti və müraciət qaydaları ilə tanış olmaq mümkündür. Eyni zamanda, saytda bank və müştəri arasında yaranan və Bank Ombudsmanının  reqlamentinə daxil olan problemli məsələlərlə bağlı elektron müraciət imkanı yaradılmışdır. […]

Bank sektoru ilə bağlı hansı qaydalar müzakirə olunur?-Videomüsahibə 

“Bu gün müzakirədə olan əsas 3 qayda var.” Bu sözləri “Banklar və Biznes” Qəzetinin (BBN.az) “Sədrlə müsahibə” rubrikasının qonağı Azərbaycan Banklar Assosiasiyasının (ABA)  “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov deyib. Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunu tənzimləyən normativ aktlara dəyişiklik etməsindən danışan Zakir Kazımov deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatsının […]

Bank sektorunu tənzimləyəcək qaydalar müzakirə edilib

15 avqust 2017-ci il tarixində prudensial qaydaların müzakirəsinə dair Azərbaycan Banklar Assosiasiyası ( ABA) ilə banklar arasında görüş keçirilib. Görüş zamanı “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”, “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi Qaydaları” və “Banklarda […]

“İpoteka haqqında” Qanunla bağlı təkliflər müzakirə olunub

9 avqust 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Hüquq Məsələləri üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib. İclas zamanı  “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanun layihələri ilə bağlı rəy və təkliflər müzakirə olunub. “İpoteka haqqnda” […]

ABA-nın Ekspert Qrupunun növbəti görüşü baş tutub

27 iyul 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupu üzvlərinin görüşü baş tutub. Görüşdə MCC (Merchant Category Code) kodların siyahısının yenilənməsi məsələsinə baxılıb. Xatırladaq ki, ABA ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyi ilə əldə edilmiş razılaşmaya əsasən bu kodların siyahısı rüblük olaraq yenilənib Nazirliyə göndərilməlidir.

MÜDDƏT