Xəbərlər

Müddət

“Daşınar əmlakın yüklülüyü haqqında” Qanun müzakirə edilib

1 iyun 2017-ci il tarixində ABA Hüquqi Məsələlər üzrə Ekspert qrupunun növbəti iclası keçirilib. İclasda İFC-nin nümayədələrinin iştirakı ilə yeni qəbul edilmiş “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun müzakirə edilib. ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev Qanunun əhəmiyyəti barədə məlumat verib, həmçinin qanunda olan boşluqlar və ziddiyyətlərin mövcud olduğunu vurğulayıb. Bu Qanunun ABA ilə müzakirə edildiyi layihəsi […]

ABA-nın rəhbərliyi SECO-nun eksperti ilə görüşüb

İyunun 2-də Azərbaycan Banklar Assosiasiyası-nın prezidenti Zakir Nuriyev  və SECO-nun eksperti  Bob Ley arasında görüş keçirilib. Görüşdə ABA-nın icra aparatının nümayəndələri, “Hüquq məsələləri üzrə ekspert qrupunun sədri iştirak edib. Qeyd edək ik, sözügedən görüş zamanı Azərbaycanda Kredit Zəmanət Sistemi yaradılması məsələsi müzakirə edilib.

“Regional Konfrans: Daşınar əmlakın yüklülüyü islahatı- nailiyyət və gələcək çağırışlar” adlı tədbir keçirilib

Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə 31 may – 1 iyun 2017-ci il tarixlərində  “Regional Konfrans: Daşınar əmlakın yüklülüyü islahatı- nailiyyət və gələcək çağırışlar” adlı tədbir keçirilib. Tədbirdə daşınar əmlakın yüklülüyü islahatının  iqtisadi və hüquqi aspektləri, Doing Business tədqiqatlarında ölkələrin reytinqinə təsiri,  daşınar əmlakın yüklülüyü reyestrinin əhəmiyyəti […]

“Bank və maliyyə bazarlarının təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

May ayının 27-si Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bank və maliyyə bazarlarının təhlükəsizliyi” mövzusunda konfrans keçirilir. Tədbirdə açılış nitqi ilə çıxış edən ABA-nın icraçı direktoru Yunus Abdulov bildirib ki, cəmiyyətin inkişafının post-industrial fazası informasiya texnologiyalarının sürətlə inkişafı və həyatın demək olar ki, bütün sferalarında geniş tətbiqi ilə xarakterizə olunur: “İqtisadiyyatda formalaşan yığımları investisiyalara […]

ABA-nın təşkilatçılığı ilə növbəti seminar keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “ÇYP qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupunun üzvləri və Qrup üzvü olmayan digər bankların məsul şəxləri üçün ABA-nın təşkilatçılığı ilə 25 may 2017-ci il tarixində Maliyyə Monitorinqi Xidmətinin sektor müdiri Azər Abbasov tərəfindən seminar keçirilib.  “Bank hesablarına dövlət satınalmalarından daxil olan vəsaitlərin idarə edilməsi” mövzusunda keçirilən seminarda Azərpoçt MMC-nin, […]

MÜDDƏT