Xəbərlər

Müddət

ABA-nın “Hüquqi məsələr üzrə” Ekspert Qrupunun iclası keçirilib

19 yanvar 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələr üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib. İclasda girovların reallaşdırlmasının hüquqi aspekti, eləcə də icra porsesinin effektivliyinin artırılması ilə əlaqədar məsələlər ətrafında müzakirələr aparılıb.

Vergi qanunvericiliyi ilə əlaqədar bankların növbəti görüşü keçirilib

6 yanvar 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasında (ABA) vergi qanunverciliyinə dəyişikliklərlə əlaqədar bankların qarşısında yaranmış yeni öhdəliklərin icrası mexanizminin işlənməsi ilə bağlı növbəti iclas keçirilib. Tədbirdə ABA-nın “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupunun üzvləri,  Mərkəzi Bankın,  prosessing şirkətlərinin və bank sektorunun nümayəndəli iştirak etmişlərdir. İclas çərçivəsində vergi qanunvericiliyinin yeni tələblərinin icrası mexanizminin […]

2016-cı ildə maliyyə-bank sektoru

2016-cı ildə Azərbaycanın maliyyə-bank sektorundakı yeniliklərlə bağlı BBN.az saytının hazırladığı yazı ilə aşağıda tanış ola bilərsiniz. Yada salaq: 1 yanvar – Azərbaycan Beynəlxalq Bankının (ABB) 5.6 mlrd. manat həcmində problemli kreditləri “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına ötürüldü.  6 yanvar  – Valyuta dəyişmə məntəqələri bağlandı. Azərbaycan Mərkəzi Bankı  (AMB) tərəfindən “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması […]

Vergilər Nazirliyi ilə ABA arasında görüş keçirilib

30 dekabr tarixində Vergilər Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında görüş keçirilib. ABA-nın təşəbbüsü ilə keçirilən iclasda Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov, Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Zaur Fətizadə, Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva və Nazirliyin digər nümayəndələri, həmçinin Azərbaycan Banklar Assosiasiyasının ekspertləri (Ödəniş sistemləri və […]

ABA-nın “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupunun iclası keçirilib

29 dekabr 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının  “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupunun iclası keçirilmişdir. İclasın gündəliyində olan əsas məsələ Vergilər Məcəlləsində edilən son dəyişikliklərlə bağlı olub. Belə ki, bu dəyişikliklər nəticəsində banklar qarşısında yeni öhdəliklər yaranıb.  Qrup üzvləri bu öhdəliklərin icrası üçün mexanizmi haqqında fikir mübadiləsi aparıblar. Müzakirə olunan digər məsələ […]

MÜDDƏT