Xəbərlər

Müddət

Unibank KB ASC-nin İdarə Heyətinin sabiq sədri Fərid Abuşov ilə ABA rəhbərliyi arasında görüş keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev və İcraçı direktoru Yunus Abdulov Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşovun vəzifəsindən ayrılması münasibətilə görüş keçiriblər. Görüş zamanı Fərid Abuşovun bank sektorunun inkişafına və ABA-nın fəaliyyətinə verdiyi dəyərli dəstəyə görə ona xüsusi təşəkkür ifadə edilib. Fərid Abuşovun rəhbərliyi dövründə Unibank ölkəmizdə müasir bank xidmətlərinin genişləndirilməsi, rəqəmsal […]

“Sindikativ kreditlər” mövzusunda konfrans keçirilib

4 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və “PAŞA Bank”ın dəstəyi ilə “Sindikativ kreditlər” mövzusuna həsr olunmuş konfrans baş tutub. Tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının, ABA-nın, İqtisadiyyat Nazirliyi yanında Biznesin İnkişafı Fondunun, “PASHA Holding”in, “PAŞA Bank”ın, “AZƏRMAŞ” ASC-nin, eləcə də bir sıra kommersiya banklarının və sığorta şirkətlərinin nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları […]

Subsidiya mexanizmləri və təchizat zəncirinin maliyyələşdirilməsi platformaları üzrə Qazaxıstan səfəri başa çatmışdır

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 2-3 iyul 2025-ci il tarixində Subsidiya mexanizmləri və təchizat zəncirinin maliyyələşdirilməsi platformaları mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Qazaxıstan Respublikasına səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti  “DAMU” Sahibkarlığın İnkişafı Fondu, Bank Center Credit (BCC) və Bereke Bank  kimi aparıcı maliyyə qurumlarının […]

Problemli kreditlərin idarə edilməsi üzrə Qazaxıstan səfəri başa çatmışdır

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 2-3 iyul 2025-ci il tarixində Problemli kreditlərin idarə edilməsi mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Qazaxıstan Respublikasına səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti  Bank Center Credit (BCC), Halyk Bank, Otbasy Bank və Bereke Bank  kimi aparıcı maliyyə qurumlarının təcrübələri ilə yaxından […]

ABA ilə AQP nümayəndələrindən ibarət İşçi Qrupunun iclası keçirilmişdir

1 iyul 2025-ci il tarixində Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) ekspertlərindən ibarət tərkibdə yaradılmış İşçi Qrupunun ilk iclası keçirilmişdir. Görüşdə qiymətləndirmə sahəsində tərəfləri maraqlandıran, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, qiymətləndirmə sahəsində rəqəmsallaşma və beynəlxalq təcrübənin tətbiqi imkanları, bu sahədə birgə təlimlərin təşkili ilə bağlı məsələlərin birgə müzakirəsi həyata […]

MÜDDƏT