25 iyun 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “Bakıda Əhatəli Data Axını Səyahəti” (End to End Data Streaming Journey, Baku) adlı seminar təşkil olunub. Seminar çərçivəsində rəqəmsal bank xidmətlərinin inkişafında məlumat axınının (data striminqin) rolu, onun tətbiq imkanları və müasir texnologiyalardakı əhəmiyyəti iştirakçılara praktiki nümayişlərlə təqdim edilib. Tədbirdə, həmçinin rəqəmsal maliyyə sahəsində məlumatların […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov İstanbulda keçirilən “Ödəmə Sistemləri Zirvəsi”nin “Regionda Ödəmə Sistemlərində İnkişaflar”adlı paneldə çıxış etmişdir. Çıxışında Abdulov MENA və MDB regionlarında gələcək beş ildə “dünya səviyyəli ödəniş sistemləri”nin formalaşması üçün əsas şərtləri diqqətə çatdırmışdır. Yunus Abdulov qeyd etmişdir ki, regionun geniş potensialı rəqəmsal transformasiya vasitəsilə yenilikçi məhsul və xidmətlərin inkişafına […]
26 iyun 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və Assosiasiyanın icraçı direktoru Yunus Abdulov İstanbulda keçirilmiş “Ödəniş Sistemləri Zirvəsi” Forumunda iştirak etmişdirlər. Türkiyə Banklar Birliyinin (TBB), Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) və Bankçılıq Tənzimləmə və Nəzarət Qurumu (BDDK) ilə birgə təşkil olunan Forumda dövlət və özəl bankların rəhbərləri, tənzimləyici qurumların və […]
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 19-20 iyun 2025-ci il tarixlərində ABA-nın “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır. Stress testlərinin optimallaşdırılması və modelləşdirilməsi, BASEL III-ə […]
24–25 iyun 2025-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil edilən “FİNTEX SAMMİT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” çərçivəsində ABA-nın 35 illik yubileyinə həsr olunmuş poçt markalarının möhürlənməsi mərasimi keçirilib. Mərasimdə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin İdarə heyəti sədrinin vəzifəsini icra edən İsi Mustafayev yubiley markasının rəsmi […]