Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Respublikasının (AR) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “Sən Tək Deyilsən” Şəhid xanımlarının təhsilinə dəstək layihəsi çərçivəsində 21 sentyabr 2023-cü il tarixində, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisində birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumu ABA-nın prezidenti Zakir Nuriyev və Dövlət Komitəsinin sədri Bahar Muradova imzalayıb. Həmçinin tədbir çərçivəsində, Azərbaycan Respublikasının […]
22 sentyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun “Zoom” proqramı üzərindən növbəti onlayn iclası keçirilib. İclasda 01 oktyabr 2023-cü il tarixində qüvvəyə minəcək Azərbaycan Respublikası Mülki Məcəlləsinə yazılı əqd, borc və kredit münasibətlərinin tənzimlənməsi sahəsində edilmiş mühüm dəyişikliklər və digər cari məsələlər müzakirə edilib. Əlavə edək […]
21 sentyabr 2023-cü il tarixində ABA-nın nəzdində fəaliyyət göstərən “Daxili audit üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilmişdir. İclas zamanı, AR Maliyyə Monitorinqi Xidməti tərəfindən təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələblər”, AR Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş “Korporativ İdarəetmə Standartları”na dair tələblər və iclasın gündəliyində olan digər cari məsələlər […]
19 sentyabr 2023-cü il tarixində “Zoom” platforması üzərindən Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Kredit işi Ekspert Qrupu”nun növbəti iclası keçirilib. İclas zamanı gündəlikdə olan məsələlər müzakirə edilmişdir. Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan […]
Əhalinin maliyyə savadlılığının artırılması istiqamətində görülən işlər çərçivəsində Azərbaycan Banklar Assosiasiyası tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi ilə “Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə maliyyə savadlılığına dair Fəaliyyət Planı” hazırlanmışdır. 15 sentyabr 2023-cü il tarixində Fəaliyyət Planından irəli gələn əlaqədar məsələlərin müzakirəsi məqsədilə bankların nümayəndələri və İctimai TV-nin nümayəndəsi arasında görüş keçirilmişdir. Əlavə edək ki, […]